Təhsil Nazirliyi - Bütün dövlət və özəl məktəblər 4 oktyabrda tədris prosesinə başlamağa tam hazırdır
Gürcüstanda bütün dövlət və özəl məktəblər oktyabrın 4 -dən məktəb binalarında təhsil almağa tam hazır vəziyyətdədir. Bu barədə Gürcüstanın Təhsil Nazirliyi məlumat yayıb.
Agentlikdən verilən məlumata görə, şagirdlərin, müəllimlərin və məktəb admnistrasiya nümayəndəliyinin təhlükəsizliyi və hər hansı digər riskin qarşısını almaq üçün nazirlik və sistem daxilində bütün əlaqədar qurumlar tərəfindən məktəblərdə böyük işlər görülüb.
Nəticədə, məktəblərdə Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış bütün tövsiyələrə ciddi riayət olunacaq ki, bu da virusun qarşısının alınmasını və keyfiyyətli təhsilə əlçatanlığı təmin edəcək.
“Ölkə daxilində nazirlik təkcə dövlət məktəblərinin gigiyena vasitələri ilə təchiz edilməsini deyil, həm də məktəb infrastrukturunun yaxşılaşdırılmasını başa çatdırdı.
Xüsusilə, Nazirliyin Təhsil və Elmi İnfrastruktur İnkişafı Agentliyinin təşkilatçılığı ilə ümumtəhsil müəssisələri müvafiq dezinfeksiyaedici məhlullar, maskalar, termoskrinninq cihazları və dezinfeksiya məhlulları ilə təmin olunur. “, – nazirlikdən bildiriblər.
Onların sözlərinə görə, yeni tədris ili üçün Tbilisidə və bölgələrdə 64 yeni dövlət məktəbinin tikintisi artıq başa çatıb və 64 dövlət məktəbi də tam təmir olunub.
“Məktəblərdə ayaqyolutam nizama salınıb. Tikinti-bərpa prosesi fasiləsiz rejimdə davam edir. İnfrastruktur işləri Təhsil və Elm Nazirliyi, eləcə də Regional İnkişaf və İnfrastruktur Nazirliyi tərəfindən aparılır.
Yeni dərs ili üçün Gürcüstanda 100 dövlət məktəbi lazım gəldikdə yeni məktəb avadanlığı (stol, stul, məktəb lövhəsi və s.) ilə təchiz edildi. 60 dövlət məktəbində tibb otaqları təşkil olundu və tezliklə əlavə 142 dövlət məktəbi tibb otağı üçün lazımi avadanlıqlarla təchiz ediləcək.
Nazirliyin dəstəyi ilə “Şagird və Müəllimdərslikilərinin təmin olunması proqramı” çərçivəsində bütün ümumtəhsil məktəblərinin şagirdləri kitab və dəftərlərlə təmin olunur. Bu proqram çərçivəsində şagirdlərin hərəkətliliyi nəzərə alınmaqla məktəblərin dərsliklərlə təchiz edilməsi davam edir.
Proqram çərçivəsində Gürcüstan dövlət məktəbinin birinci sinif şagirdləri və onların müəllimləri noutbuk alacaqlar.
Yeni dərs ilindən etibarən məktəblərdə elektron jurnal tam olaraq tətbiq ediləcək ki, bu da müəllimlərin həm şagirdlərin davamiyyətini, həm də qiymətləndirmələrini elektron şəkildə qeyd etmələrinə kömək edəcək.
Təhsil və Elm Nazirliyi hələ də valideynlərə distant təhsil formasını seçmək imkanı verir, risk qrupu müəllimləri isə istəsələr, dərsləri distant şəkildə keçirə bilərlər.
Davamiyyət halında, I-XII sinif şagirdləri, I siniflər də daxil olmaqla, maska taxmalı olacaqlar, hökümət müəllimlərin məcburi testlərini təmin edəcək (müəllimlər və məktəb admistrasiyasının 67% -i bu mərhələdə peyvənd olunub).
Təhlükəsizlik səbəbiylə məktəb admistrasiyasın təhsil prosesinin təşkili və məktəbdəki sanitar-gigiyenik normalar haqqında valideynlərə intensiv şəkildə məlumat verəcək. Nazirlik məktəblərin sistemli monitorinqini davam etdirəcək.
Oktyabrın 2 -də keçiriləcək seçkilər üçün seçki məntəqələrinin yerləşdiyi məktəblərin tədris prosesinin bərpasına başlamazdan əvvəl siniflərdə tam dezinfeksiya edilməsi diqqətəlayiqdir.