Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri, Mixeil Çxenkeli özünü təcrid edib, – bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin yaydığı bəyanatda deyilir.
“Koronavirus onun ailə üzvündə təsdiq olundu. Nazirdə koronavirusa məxsus simptomlar qeydə alınmır və özünü yaxşı hiss edir.
Mixeil Çxenkeli fəaliyyətini distansiyalı rejimdə davam etdirir”, – Təhsil Nazirliyində bəyan edirlər.