Gürcüstanın baş nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən idarələrarası koordinasiya şurası növbəti iclas keçirdi.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, iclasda şura üzvləri ölkədə koronavirus təhlükəsinə görə, yeni qərarlar verdilər.
Gürcüstan miqyasında bütün təhsil müəssisələrində tətil aprelin 1-nə qədər davam edəcək.
Həmçinin, icbari hərbi xidmətə çağırış bir ay müddəti ilə, aprelin 13-nə qədər təxirə salındı.
İdarələrarası koordinasiya şurası koordinasiyalı addımların atılması məqsədi ilə, baş nazirin başçılığı ilə, sistematik rejimdə davam edəcək.