Təhsil müəssisələrində, bütün məhdudiyyətlər o cümlədən termoskrinniq  və dezobaryerlərdən istifadə  qüvvədə qalır
Təhsil müəssisələrində, bütün məhdudiyyətlər o cümlədən termoskrinniq və dezobaryerlərdən istifadə qüvvədə qalır

Təhsil müəssisələrində – məktəblərdə, peşə məktəblərində və ali təhsil müəssisələrində təhlükəsiz ətraf mühitin təmin edilməsi üçün məktəblər üçün nəzərdə tutulmuş müştərək qaydalar, o cümlədən termoskrininq, dezobaryerlər və dezinfeksiyaedici məhlullardan istifadə qüvvədə qalır. Həmçinin maska taxma qaydası qüvvədə qalır, – Təhsil Nazirliyi bu barədə məlumat yayıb.

Agentlikdən verilən məlumata görə, müəllimlərin və idarə nümayəndələrinin Covid-19 ilə bağlı məcburi sınaq imtahanı davam etdiriləcək.

“Məlum olduğu kimi, iki dəfə peyvənd olunmuş müəllimlər iki həftədə bir dəfə PCR testi ilə, bir dəfə peyvənd olunmuş və ya peyvənd olunmamış müəllimlər isə həftədə bir dəfə sürətli antigen testi ilə koronavirus testindən keçirilir.

Koronavirusun qarşısının alınması məqsədilə tədris ilinin sonunadək məktəblər dezinfeksiyaedici məhlullar, termoskrinninq cihazları və dezinfeksiyaedici vasitələrlə tam təmin olunub. Eyni zamanda, müəllim və şagirdlər üçün təhlükəsiz mühitin təmin edilməsi məqsədilə Təhsil və Elm Nazirliyinin nümayəndələri Tbilisidə və Gürcüstanın bütün regionlarında məktəblərdə davamlı olaraq monitorinqləri davam etdirirlər.

Məlum olduğu kimi, ölkə üzrə məktəblərdə tədris prosesi hələ də qarışıq formatda davam edir. Təhsil və elm naziri Mixeil Çxenkelinin qərarına əsasən, arzu olunarsa, şagirdlərin valideynlərinin distant təhsil formatını seçmək imkanı var”, – deyə məlumatda bildirilir.