Təhsil islahatına əsasən, eyni fənn üzrə bir məktəb dərsliyi olacaq
İki-üç il ərzində tamamilə yeni dərsliklər yazılacaq – bu haqda təhsil naziri Qivi Mikanadze təhsil islahatının təqdimatı zamanı deyib.
O bildirib ki, nazirlik ötən altı ay ərzində, seçmə proseduru vasitəsilə müxtəlif fənnlər üzrə ekspert qruplarını seçib.
“Sistemli və bərpa olunan resurslar çərçivəsində iki-üç il ərzində tamamilə yeni dərsliklər yazılacaq. Bunun üçün nazirlik ötən altı ay ərzində, seçmə proseduru vasitəsilə müxtəlif fənnlər üzrə ekspert qruplarını seçib. Nazirlik dərsliklərin yazılması və bu dərsliklərin aşağıdakı standarta əsasən tətbiqi üçün məsuliyyət götürəcək: eyni fənn üzrə bütün məktəblərdə bir dərslik. Artıq fərqli dərsliklər olmayacaq. Bütün məktəblərdə vahid yanaşma, vahid standart, vahid keyfiyyət olacaq, bu isə bizə imkan verəcək ki, vahid tanınma, vahid keyfiyyətin təminatı, vahid prosesə əlçatanlıq və ən önəmlisi, ölçülə bilənlik təmin edilsin” – Qivi Mikanadze bildirib.