Təhsil, Elm və Gənclər İşləri Komitəsi "Ümumi Təhsil haqqında" qanunda dəyişiklikləri müzakirə edib
Təhsil, Elm və Gənclər İşləri Komitəsi “Ümumi Təhsil haqqında” qanunda dəyişiklikləri birinci oxunuşda, sürətləndirilmiş qaydada müzakirə edib.
Məruzəçi, təhsil, elm və gənclik nazirinin müavini Zviad Qabisonia qanun layihəsində nəzərdə tutulan əsas dəyişiklikləri komitənin üzvlərinə təqdim edib.
“Dəyişikliklərə əsasən, tam ümumi təhsil 11 ildən az və 12 ildən çox olmayacaq və aşağıdakı kimi bölünəcək: ibtidai (6 il – I-VI siniflər), əsas (3 il – VII-IX siniflər) və orta (2 il – X və XI siniflər və könüllü 1 il – XII sinif). Bununla yanaşı, ümumi təhsilin ibtidai səviyyəsində təhsilə başlamaq üçün yaş həddi 6 yaş olacaq, şəxsin 6 yaşı sentyabrın 15-i də daxil olmaqla tamam olmalıdır”.
Parlamentin mətbuat xidməti məlumatı yayır.