Təhsil Nazirliyinin büdcəsi qanunvericilik səviyyəsində yazılacaq. Yeni hökumət planına əsasən, 2022-ci ildən etibarən büdcənin dörddə biri təhsil sahəsinə ayrılacaq. Bu isə o deməkdir ki, hökumət və nazirlər dəyişsə belə bu Nazirliyə ayrılan illik maliyələşdirilməyə təsir etməyəcək və hökumət quruma qanunla nəzərdə tutulmuş şəkildə maliyyə ayıracaq. Baş nazir çıxışında qeyd etdi ki, pedaqoqların orta əmək haqqı da artacaq və müəllimlik peşəsi yüksək maaşa sahib bir peşə olacaq. Təhsilin beş mərhələsi üçün hazırlanmış islahatın məqsədi təhsil səviyyəsinin avropa standardlarına müvafiq olmasına xidmət edir. Sahə mütəxəssisləri təşəbbüsü müsbət qiymətləndiriblər lakin onlar bəzi məqamların konkretləşdirilməsini gözləyirlər. Onlar daha çox artırılmış büdcənin hansı istiqamətlərdə xərclənəcəyi və necə bölünəcəyi ilə maraqlanırlar