Tehranda koronavirus hallarının artmasına görə, karantin tədbirlərini sərtləşdirdilər
Tehranda koronavirus hallarının artmasına görə, karantin tədbirlərini sərtləşdirdilər.
Paytaxtda məktəblər, universitetlər, seminariyalar, kitabxanalar, gözəllik salonları, məscidlər, kinoteatrlar və teatrlar bağlandı.
“BBC”-nin məlumatına görə, həmçinin müvəqqəti olaraq sosial, mədəni və dini tədbirlər dayandırıldı.
İranda son bir gün ərzində 203 insan vəfat etdi, koronavirusun 2 349 yeni halı qeydə alındı.