Tehranda atəşkəs təklifinə cavabın hazır olduğunu bəyan edirlər. İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bağainin bəyanatına əsasən, Tehran cavabını “uyğun vaxtda” açıqlayacaq.
O, ABŞ-nin “diplomatiya yolunu məhv etdiyini” və təklif ətrafında aparılan istənilən danışıqların “ultimatumlar və müharibə cinayətləri törətmək təhdidi ilə uyğunsuz” olduğunu bildirib.
İsmail Bağainin bəyan etdiyi kimi, İranın vasitəçilər vasitəsilə artıq çatdırılmış milli maraqlara əsaslanan tələbləri var.
“İran özünün legitim tələbləri hesab etdiyi məsələləri açıq şəkildə ifadə etməkdən çəkinmir. Bu, kompromis əlaməti kimi qəbul edilməməlidir, əksinə, öz mövqelərini müdafiə etməyə olan inamın ifadəsi kimi qiymətləndirilməlidir” – İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.
Məlumat üçün bildirək ki, “Reuters” mənbələrə istinadən xəbər verir ki, İran və ABŞ hərbi əməliyyatları bitirmək və dərhal atəşkəs bağlamaq planı üzərində razılığa gəliblər. “Reuters”in yazdığı kimi, məlumatlı mənbə nəşrə bildirib ki, plan bazar ertəsi günü qüvvəyə minə bilər və Hörmüz boğazı yenidən açıla bilər.
Bundan əvvəl, bazar günü “Axios” məlumat yaymışdı ki, Amerika Birləşmiş Ştatları, İran və regional vasitəçilər müharibənin sonuna gətirib çıxara biləcək iki mərhələli razılaşmanın bir hissəsi olaraq potensial 45 günlük atəşkəsi müzakirə edirlər.