Tehranda aksiya iştirakçıları Donald Tramp, Cey Di Vens, Benyamin Netanyahu və Stiv Uitkofun təsvir olunduğu banneri yandırıblar

12:42, 05.11.2026

 

Tehranda aksiya iştirakçıları ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Cey Di Vens, İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkofun təsvir olunduğu banneri yandırıblar.

Mediada yayılan görüntülərdə nümayişçilərin bannerin ətrafında dayandıqları görünür.

Nümayiş Donald Trampın Respublikaçılar Partiyasının məğlubiyyətində İranla müharibənin müəyyən rol oynadığını bəyan etməsindən sonra keçirilib.

Məlumat üçün bildirək ki, ABŞ-da səslərin sayılması hələ də davam edir. Hazırda mövcud məlumatlara əsasən, ABŞ Konqresinin hər iki palatasında əksəriyyəti demokratlar qazanırlar.

Oxşar