Tehran Hörmüz boğazından keçən neft tankerləri üçün tətbiq edilən rüsumu müvəqqəti olaraq ləğv edib

17:51, 10.09.2026

Tehran Hörmüz boğazından keçən neft tankerləri üçün tətbiq edilən rüsumu müvəqqəti olaraq dayandırıb.
“Fars” xəbər agentliyinin məlumatına görə, İran Hörmüz boğazı vasitəsilə neft və qaz daşıyan xarici gəmilər üçün yükdaşıma rüsumlarına tətbiq olunan 10 faizlik vergini dayandırıb.

Bununla yanaşı, “Fars” İranın hüquq məsələləri üzrə vitse-prezidenti Məcid Ənsarinin göndərdiyi məktubu yayıb. Məktubda Ənsari Milli Qaz Şirkətinə hökumət vergi tətbiq ediləcək məhsulların konkret siyahısını təsdiqləyib dərc edənədək rüsumların tutulmasını dayandırmağı tövsiyə edir.

Məlumatda bildirilir ki, rüsumun müvəqqəti dayandırılması xarici dəniz donanmalarının malları İrana və ya İrandan daşımaq marağını və motivasiyasını artıra bilər.

Oxşar