Tehran atəşkəslə bağlı son təklifi rədd edib – “Biz sadəcə atəşkəsə razılaşmayacağıq, yalnız bir daha hücuma məruz qalmayacağımıza dair zəmanətlə müharibənin bitməsinə razılaşacağıq”

20:08, 06.04.2026

 

Tehran atəşkəslə bağlı son təklifi rədd edib. Bu haqda “Associated Press” İranın dövlət xəbər agentliyi “IRNA”ya istinadən xəbər verir.

Medianın məlumatına əsasən, İran ABŞ-a cavabını əsas vasitəçi olan Pakistan vasitəsilə çatdırıb.

“Biz sadəcə atəşkəsə razılaşmayacağıq. Biz yalnız bir daha hücuma məruz qalmayacağımıza dair zəmanətlə müharibənin bitməsinə razılaşacağıq” – İranın Qahirədəki diplomatik nümayəndəliyinin rəhbəri “Associated Press”ə bildirib.

Oxşar