Tədqiqata görə, sentyabrda İtaliyada planlaşdırılan Parlament seçkilərində ultra sağçı, sağçı və mərkəzçi blokun qalib gəlmək şansı ən yüksəkdir
Sentyabrda İtaliyada planlaşdırılan Parlament seçkilərində ultra sağçı, sağçı və mərkəzçi blokun qalib gəlmək şansı ən yüksəkdir, – bu barədə Kataneo İnstitutunun apardığı araşdırmada qeyd olunur, hansına da əsasən, alyansın 400 yerlik Aşağı Palatada 245, 200 yerlik Senatda isə, 127 yer qazanmaq potensialı var.
Araşdırmalar göstərir ki, ən çox təmsil olunan partiya ultra sağçı “İtaliya Qardaşları” partiyası olacaq. Blokun seçki vədlərinə əsaslanaraq, qələbə qazanacağı təqdirdə alyans vergiləri azaltmağı, pensiyaları artırmağı və qeyri-qanuni miqrasiyanın məhdudlaşdırılmasını planlaşdırır.
Mühafizəkar bloka Corciya Mellonun ultra sağçı “İtaliya Qardaşları”, Matteo Salvininin “Liqa”, Silvio Berluskoninin “İrəli İtaliya” və bir neçə kiçik mərkəzçi müttəfiqləri daxildir.
Qərb mediası yazır ki, belə konstitusiya dəyişikliklərindən biri, prezidentin birbaşa seçilməsi “İtaliya qardaşları” üçün əsas prioritetdir, hansının da lideri, Corciya Mellon, mühafizəkarlar qalib gəlsə, böyük ehtimalla İtaliyanın baş naziri olacaq.