Tədqiqata əsasən, son üç il ərzində rekord sayda ukraynalı NATO-ya üzvlük imkanına inanmır
Son üç il ərzində rekord sayda ukraynalı NATO-ya üzvlük imkanına inanmır – Ukrayna mediasının məlumatına əsasən, bu barədə “Gallup” şirkətinin tədqiqatında qeyd olunub.
Ukraynanın NATO-ya nə vaxt üzv olacağı – növbəti on il ərzində, növbəti 10-20 il ərzində, 20 ildən çox müddət ərzində və ya heç vaxt sualına fikri soruşulanların 32 faizi üzvlüyün on il ərzində mümkün olduğunu deyib.
Genişmiqyaslı müharibə ərzində aparılan sorğular arasında bu ən aşağı göstəricidir.
Müqayisə üçün qeyd edək ki, üzvlüklə bağlı ən yüksək optimizm 2023-cü ildə olub, o zaman 69 faiz bunun mümkün olduğuna inanırdı.
17 faiz inanır ki, üzvlük 10-20 il ərzində, 8 faiz isə inanır ki, 20 il ərzində mümkündür. 33 faiz cavab verib ki, Ukraynanın NATO-ya üzv olacağına inanmır. Bu, son illərin ən yüksək göstəricisidir.