Tədqiqata əsasən, Finlandiya əhalisinin ölkənin NATO və Avropa İttifaqına üzvlüyünə dəstəyi bir qədər azalıb
Finlandiya əhalisinin ölkənin NATO və Avropa İttifaqına üzvlüyünə dəstəyi bir qədər azalıb. Tədqiqatı analitik mərkəz aparıb.
Finlərin mütləq əksəriyyəti NATO və Avropa İttifaqına üzvlüyə yenə də müsbət münasibət bəsləyir, lakin hər iki halda ötən ilin yazından sonra müsbət münasibət müəyyən qədər zəifləyib.
Hazırda finlərin 71%-i ölkənin NATO-ya üzv olmasına müsbət yanaşır, 10%-i üzvlüyə mənfi baxır, 17%-i isə bitərəfdir. Kişilər (77%) qadınlara (65%) nisbətən NATO-ya daha yaxşı münasibət bəsləyirlər və bu yanaşma yaş və sosial-iqtisadi vəziyyətlə birlikdə artır.