Üçüncü gündür axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi fəlakət bölgəsi Onidə ölənlərin sayı 17-yə yüksəlib.
Bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mğebrişvili təsdiqləyib.
Avqustun 3-də Şovidə sürüşmə baş verib. 17 nəfər ölüb. Mövcud məlumatlara görə, təbii fəlakət bölgəsində 18 nəfərin axtarışı davam edir.
Gürcüstanda 7 avqust matəm günü elan edilib.