Təbii fəlakət nəticəsində zədələnmiş məktəblərin dam örtüyünün bərpası işləri aparılır
Təbii fəlakət nəticəsində zədələnmiş məktəblərin dam örtüyünün bərpası işləri aparılır

Təhsil Nazirliyindən verilən məlumata görə, Təhsil və Elm İnfrastrukturunun İnkişafı Agentliyi tərəfindən təbii fəlakət nəticəsində zədələnmiş məktəblərin dam örtüklərində fasiləsiz bərpa işləri aparılır.

İdarənin məlumatına görə, cari ilin mart və aprel aylarında güclü külək və yağışlar nəticəsində Kaxeti, Kvemo Kartli və Samtsxe-Cavaxetidə 11 dövlət məktəbinin dam örtüyü zədələndi.

“Agentlik optimal qısa müddətdə mövcud vəziyyəti tam təhlil edərək, bərpa işlərinin həyata keçirilməsinə başladı. Təhsil və Elm İnfrastrukturunun İnkişafı Agentliyinin direktoru, Levan Suxitaşvili işlərlə yerində tanış oldu.

Qeyd olunasıdır ki, işlər Gürcüstanda tikinti norma və qaydalarına uyğun aparılır və bu il iyunun ortalarında başa çatdırılacaq. Layihənin ümumi dəyəri bir milyon yarım laridir”, – Təhsil Nazirliyində bəyan edirlər.