Tea Zakaradze - Mən siyasətə müdaxilə edə bilmərəm, ölkəyə, biznesə, aviasiyaya sülh və sabitlik lazımdır, çıxış yolu yeni seçkilər yoxsa nə olacaqsa, dövlət bu addımı atmalıdır
Mən siyasətə müdaxilə edə bilmərəm, bircə onu deyim ki, ölkəyə, biznesimizə, aviasiyaya sülh və sabitlik lazımdır, əgər bunun üçün çıxış yolu yeni seçkilərdirsə, bu addım atılmalıdır – bu haqda Tbilisi və Batumi beynəlxalq hava limanlarının operator şirkəti “TAV Georgia”nın baş meneceri Tea Zakaradze Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşdən əvvəl jurnalistlərə deyib.
O, ölkədə davam edən hadisələrin biznesə birbaşa təsir edəcəyini bildirib.
“Bizi çağırıblar və mənə maraqlıdır, onların mövqeyi nədir? Əlbətdə, burada bizim hamımızın mövqeyi ondan ibarətdir ki, görülməli olan işləri dövlət görməlidir. Hər kəsin sakitləşməsi üçün nəsə addım atılmalıdır və güzəşt addımlarına ehtiyac olarsa, bu addımlar atılmalıdır. Mən hava limanını idarə edirəm və deməliyəm ki, hava limanına ölkədə sabitlik lazımdır. Biz biznes olaraq fikrimizi ifadə etmək üçün mütləq bu platformadan istifadə edəcəyik. Bütün bunlar birbaşa biznesə təsir edəcək. Mən siyasətə müdaxilə edə bilmərəm, bircə onu deyim ki, ölkəyə, biznesimizə, aviasiyaya sülh və sabitlik lazımdır. Bunun üçün dövlət addım atasıdırsa, çıxış yolu yeni seçkilər yoxsa nə olacaqsa, bu addım atılmalıdır” – Tea Zakaradze bildirib.