Tea Tsulukiani - Hər zaman "Gürcü Arzusu" dəstəsinin üzvü olmuşam və olmağa davam edəcəm
Hadisələrin necə inkişaf edəcəyini gözləyək, mən hər zaman “Gürcü Arzusu” dəstəsinin üzvü olmuşam və olmağa davam edəcəm, – bu bəyanatı Gürcüstanın Ədliyyə Naziri Tea Tsulukiani jurnalistlərə verdi.
Tsulukianin dediyinə görə, baş nazir vəzifəsinə kimin seçiləcəyini və nazirlər kabinetinin necə komplektləşdiriləcəyini o bilmir.
Tea Tsulukianin dediyinə görə, baş nazirin istefa etməsi ilə ölkənin siyasi kursu dəyişirilmir.
Xatırladaq ki, Giorgi Kvirikaşvili baş nazir vəzifəsindən dünən istefa etdi.