Tea Tsulukiani - Strasburq məhkəməsi bildirdi ki, Saakaşvili tərəfindən Qirqvlianinin işi üzrə əhvin istifadəsi şokedici idi
Ədliyyə naziri, Tea Tsulukiani fikirlə razılaşmır ki, prezidentin cinayətkar şəxsin əhv edilməsi səlahiyyəti məhdudiyyətsizdir və nəzarətə tabe olmamalıdır. Bu barədə Tea Tsulukiani Mixal Saakaşvilinin əmri ilə əlaqədar mövzunu şərh edərkən bəyan etdi.
Tea Tsulukiani qeyd etdi ki, Mixail Saakaşvili tərəfindən Qirqvlianinin işi üzrə müttəhimin əhvi üzrə nəzarəti artıq Strasburq Məhkəməsi həyata keçirdi.
“Biz son günlər ərzində bir çox şey dinlədik. Sanki, prezidentin cinayətkar şəxsin əhv edilməsi səlahiyyəti məhdudiyyətsizdir və nəzarətə tabe olmamalıdır, mən bununla razılaşmıram. Straburq Məhkəməsi qərarında bildirdi ki, Saakaşvili tərəfindən Qirqvlianinin işi üzrə əhvin istifadəsi şokedici idi. Çünki, iş günahsız insanın qətlinə aid olarkən, əhv istifadə olunmamalı idi. Bəli, prezidentin eksklüziv hüququ var ki, müttəhimləri əhv etsin. Lakin bunu nə cür və nə məqsədlə istifadə etməsi nəzarətə tabe olmamalıdır”, – Tea Tsulikiani bəyan etdi.