Tea Tsulukiani - Prokurorluq haqqında qanunun səkkizinci maddəsini, bir dindarın Bibliyasını qoruduğu kimi qoruyuram
“Sabiq İqtisadiyyat və İnfrastruktur nazirləri Dimitri Kumsişvili və Zurab Alavidzenin sorğulandıqları istintaq haqqında məlumatın yoxdur” – bu bəyanatı Ədliyyə Naziri Tea Tsulukiani verdi.
Ədliyyə nazirinin Birinci Kanala verdiyi bəyanata görə, bu “prokurorluq haqqında” qanunun səkkizinci maddəsinin pozulması olacaqdı.
“Mənim bu maddənin təşəbbüsçüsü olmağımdan altı il keçdi və onu bir dindarın öz Bibliyasını qoruduğu kimi qoruyuram, çünki siyasət prokurorluğun işinə qarışmamalıdır. Ona görə də, bu istintaq haqqında maraqlanmadım.
Yeni baş prokurora və müstəntiqlərə inanıram və əminəm ki, onlar yanlış qərar verməyəcəklər” – dedi Tsulukiani.
Prokurorluqda sabiq nazirlərin yenidən sorğulanmasını istisna etmirlər.