Tea Tsulukiani - Prezident namizədlərinə müraciət edirəm ki, avqust müharibəsi haqqında danışarkən, diqqətli olsunlar və yahud mübahisə üçün başqa mövzu tapsınlar
Sadəcə xanım Salome Zurabişviliyə deyil, bütün prezident namizədlərinə müraciət edirəm ki, avqust müharibəsi haqqında danışarkən diqqətli olsunlar, çünki hazırda istintaq aparılır və bu mövzu hər birimiz üçün önəmlidir, – bu bəyanatı Ədliyyə Naziri Tea Tsulukiani Birinci Kanalın “Moambe – günün mövzusu” verlişində verdi.
Bu bəyanatla Tea Tsulukiani aparıcının, Haaqa Məhkəməsində istintaqın hansı mərhələdə olduğu haqqında verdiyi sualına cavab olaraq verdi.
Ədliyyə Nazirinin dediyinə görə, bu ümum-gürcü və milli məsələdir. Hansı namizədə səsə versəniz, hamısı öz vətənini eyni dərəcədə sevir. Nəticədə, məqsədimiz birdir.