Tea Tsulukiani - Danimarkaya təklif edirik ki, Gürcüstanı, vətəndaşlarının təqib edilmədiyi və söz azadlığı olan, təhlükəsiz bir ölkə olaraq qəbul etsin
Kopenhagendə keçirilən Avropa Şurası Ədliyyə və Xarici İşlər Nazirlərinin Ministerialı çərçivəsində Gürcüstanın Ədliyyə Naziri xarici həmkarları ilə üzbə-üz görüşlər keçirdi.
Tea Tsulukiani Danimarkanın Ədliyyə Naziri Soren Polsen ilə görüşdü.
Görüş zamanı digər məsələlərlə bərabər, söhbət Gürcüstanın Avropa ölkələri ilə vizasız gediş-gəliş rejiminə toxundu.
“Biz vizasız gediş-gəliş rejimi haqqında söhbət etdik və nazir qeyd etdi ki, Gürcüstan vətəndaşlarının bir qrupu vizasız hərəkat rejimini pozur.
Biz Danimarkaya təklif edirik ki, Almaniya, İslandiya və digər ölkələr kimi, Gürcüstanı vətəndaşlarının təqib edilmədiyi və söz azadlığı olan təhlükəsiz bir ölkə kimi qəbul etsin ki, Gürcüstandan daha az insan Danimarkadan sığınacaq istəsin. Bu addım xalqımızın və dövlətimizin əldə etdiyi önəmli nailiyyətin – vizaliberalizasiyanın qorunması üçün önəmlidir” – dedi Tea Tsulukiani.
Danimarka paytaxtında yüksək səviyyəli beynəlxalq konfrans keçirildi, hansı ki, Avropa konvensiya sistemi qarşısında mövcud olan çağırışlara həsr olundu.