Tea Tsulukiani - Daxili işlər nazirinin iyunun 20-də hücumu dəf etmək əvəzinə, deputatlara qəhvə süzməsi mənim üçün absurd teatrıdır
Daxili işlər nazirinin hücumu dəf etmək əvəzinə, deputatlara qəhvə süzməsi mənim üçün tamamilə absurd teatrıdır – bu barədə parlamentin müvəqqəti istintaq komissiyasının sədri Tea Tsulukiani “Qaxaria Gürcüstan Naminə” partiyasının lideri, sabiq daxili işlər naziri və sabiq baş nazir Qiorqi Qaxarianı dinlədikləri komissiyanın iclasında deyib.
Tsulukiani bu bəyanatı Qaxarianın iyunun 20-də parlament binasına hücum zamanı hakim komandanın bəzi deputatlarına hətta su verdiyini, bəzilərinə isə narahat olduqları üçün qəhvə belə süzdüyünü, lakin bu deputatların kim olduğunu xatırlamadığını qeyd etməsindən sonra verib.
Tea Tsulukiani bildirib ki, 20 iyun hadisələri zamanı “Gürcü Arzusu”nun parlamentdə olan deputatlarının siyahısı kifayət qədər uzundur.
“Gəlin bu qrotesk haqda danışmağın başını buraxaq, inanılmaz şeylər eşidirik. Bundan başqa, siz burada olduğunuz zaman “Gürcü Arzusu” partiyasından binada olan deputatların siyahısı kifayət qədər uzundur və kimin harada və nə ilə məşğul olması haqda onlar özləri sizə cavab verəcəklər” – Tea Tsulukiani bildirib.