Tea Tsulukiani - Almaniyanın səfiri müxalifət nümayəndələrinin məhkəmə proseslərini buraxmır, görünür, onun boş vaxtı çoxdur və mən ona istintaq komissiyasının iclaslarında iştirak etməyi təklif edirəm
Tea Tsulukiani - Almaniyanın səfiri müxalifət nümayəndələrinin məhkəmə proseslərini buraxmır, görünür, onun boş vaxtı çoxdur və mən ona istintaq komissiyasının iclaslarında iştirak etməyi təklif edirəm

Almaniyanın səfiri müxalifət nümayəndələrinin məhkəmə proseslərini buraxmır, görünür, onun boş vaxtı çoxdur və mən ona tərcüməçi ilə birlikdə istintaq komissiyasının iclaslarında iştirak etməyi təklif etmək istəyirəm – bu barədə “2003-2012-ci illərdə fəaliyyət göstərən rejim və rejimin siyasi vəzifəli şəxslərinin fəaliyyətini öyrənən müvəqqəti istintaq komissiyası”nın sədri Tea Tsulukiani Ğintsvisi xüsusi əməliyyatı işi üzrə Nikoloz Qoquadzeni dinlədikləri komissiyanın bugünkü iclasında deyib.

Tsulukiani bildirib ki, istintaq komissiyasının iclasında iştirak etdikdən sonra Saakaşvilinin kim olması ilə bağlı məlumatlara əsaslanan qiymətləndirmələrin edilməsi mümkün olacaq.

“Almaniyanın səfiri, cənab Fişer, soyadını səhv demirəm ki? görünür, boş vaxtı var, çünki siyasi müxalifət nümayəndələrinin məhkəmə proseslərini buraxmır. Əgər onlardan kimsə həbsxanaya düşürsə, həqiqətən ən yaxşı şəraitdə qalırlar. Hətta bizi tənqid də etdilər, həddən artıq humanistsiniz deyirlər. Görünür, onun vaxtı var, çoxlu boş vaxtı var və Almaniyanın səfirinə təklif etmək istəyirəm, cənab səfir buyurun gəlin. Qapımız açıqdır. Biz müzakirə aparacağıq, qərar qəbul edəcəyik və sizə bu iclaslarda tərcüməçinizlə birlikdə iştirak etmək üçün hüquq tanıyacağıq. Qulaq asın, cənab Nikoloz Qoquadze bu gün Ğintsvisi xüsusi əməliyyatı işi ilə bağlı nə danışır – necə döydüklərini, canlı insanların üzərində necə tullandıqlarını, onurğasını necə sındırdıqlarını, necə işgəncə verildiyini. Birini digərinə edilən işgəncəyə baxmağa necə məcbur etdiklərini, bu mənzərədən sonra da hamısının necə etiraf ifadəsi vermək məcburiyyətində qalmasını, Qldanidə məhkumlara necə işgəncə verildiyini və sonra qiymət verin cənab səfirlər. Biz bilərəkdən soyadları və işgəncənin məzmununu konkretləşdirmək istəmirik, çünki Saakaşvilidən fərqli olaraq, biz şəxsi həyatın və şəxsi ləyaqətin toxunulmazlıq hüququnu qoruyuruq. Komissiyamızda yer var, əyləşin və sadəcə dinləyin. Ondan sonra Saakaşvilinin kim olması ilə bağlı məlumatlara əsaslanan qiymətləndirmələr edin. Cənab Nikolozun qeyd etdiyi kimi, Saakaşvilidən başqa heç kəs gürcü kişilərini səsi ilə ağlatmağa nail ola bilmədi. Bunu o bacardı” – Tea Tsulukiani qeyd edib.