Tea Sulukiani - tanınmış subyekt, Meqis Kardavaya tanıya bilməyəcəyi sistemə uğurlu məskunlaşmağı arzulayıram
Tea Sulukiani - tanınmış subyekt, Meqis Kardavaya tanıya bilməyəcəyi sistemə uğurlu məskunlaşmağı arzulayıram

Ukraynalı hüquqmühafizəçilərinə, Ukrayna hökumətinə, həddindən artıq uzanan hüquqi prosesin uğurla başa çatmasına görə minnətdarlığımı bildirirəm, – Gürcüstanın baş nazirinin müavini, Tea Sulukiani Meqis Kardavanın Ukraynadan Gürcüstana ekstradisiyasına bu cür cacab verdi. Bu barədə Sulukiani sosial şəbəkədə yazır.

“Ukraynalı hüquqmühafizəçilərinə, Ukrayna hökumətinə, həddindən artıq uzanan hüquqi prosesin uğurla başa çatmasına görə minnətdarlığımı bildirirəm!

Cinayətlə mübarizə işində beynəlxalq əməkdaşlığın alternativi yoxdu!

Tanınmış subyektə isə, tanıya bilməyəcəyi sistemə uğurlu məskunlaşmağı arzulayıram. Gürcü həbsxanası insan hüquqlarının müdafiəsinin mükəmməl nümunəsidir”, – Tea Sulukiani yazır.

Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin keçmiş rəisi, Meqis Kardavanın Ukraynadan estradisiyası baş verdi.

Meqis Kardavanı Kiyevdən Tbilisi Beynəlxalq Aeroportuna az öncə endirdilər. Hüquqmühafizəçilər onu ittiham qərarı ilə tanış etdilər. Kardavanı Tbilisi Beynəlxalq Aeroportundan cəzaçəkmə müəssisəsinə apardılar.

Gürcüstanda 11 cinayət işi üzrə ittiham və mühakimə olunan Meqis Kardavanı Ukraynada 2017-ci ilin bir noyabrında yaxaladılar. Kardavanın ekstradisiyasını gürcü tərəfin yaxalandığından birinci günündən tələb edirdi. 2018-ci ildən Meqis Kardava ekstradisiya həbsi ev dustaqlığı ilə əvəz olunmuşdu. Bir neçı gün bundan əvvəl isə, onu yenə həbsxanaya yerləşdirdilər.