Gürcüstanın hər bir vətəndaşı Avropa İttifaqı ilə vizasız gediş-gəliş nailiyyətini qoruyub saxlamalıyıq, – bu barədə Ədliyyə naziri, Tea Sulukiani hökumətin bu günki iclasında bəyan etdi.
Onun dediyinə görə, 2014-cü ildə, Avropa İttifaqı ölkələri ilə danışıqlar nəticəsində, Gürcüstanda adın dəyişdirilməsi tənzimləmələri sərtləşdirildi. Mövcud qayda ilə adı bir dəfə dəyişmək mümkündür, soyadla əlaqədar tənzimləmə isə, hələlik yenilənməyib. Təcrübədə buna görə, Avropanın bir neçə ölkəsində problem qeydə alındı. Buna görə də, qaydalar sərtləşdirilməlidir.
Tea Sulukiani ümidvar olduğunu bildirdi ki, parlamentdə deputatlar qeyd olunan islahatı dəstəkləyəcəklər.
Onun dediyinə görə, dəyişikliklərlə həddi büluğa çatarkən şəxsin imkanı var ki, seçim etsin, validenylərinin birləşmiş soyadını götürsün ya yox.
Naizrin dediyinə görə, keçən il məsələn hadisə qeydə alındı ki, vətəndaş ildə dörd, üç və iki dəfə soyadını dəyişdi. Nazirin qeyd etdiyinə görə, qeyd olunan sənədin təhlükəsizliyinə ciddi problem yaradır.
Bununla yanaşı Tea Sulukianinin dediyinə görə, qeyd olunan dəyişiklik evlənmək-ayrılmağa aid deyil və vətəndaşlar həyat yoldaşının soyadında qala və ya dəyişə bilərlər.
Bundan başqa, martın 28-dən, vizasız rejimin tədbiq olunmasından sonra bir dəfə soyadını dəyişən şəxslər atıq onu dəyişə bilməzlər. Martın 28-ə qədər isə dəyişənlərə, bir dəfə yenə dəyişməyə imkanları var.