Tea Sulukiani – seçicini ikinci turda presedentsiz səfərbərliyə çağırmaq istəyirəm ki, Kutaisi milislərin, adamyeyənlərin və leşyeyənlərin əlinə keçməsin
İkinci turda qələbə bizim üçün heç bir problem olmayacaq, – bu barədə jurnalistlərə Gürcüstan Məhəniyyət naziri, Tea Sulukiani hökumət iclasından sonra bəyan etdi.
Sulukiani Kutaisidə seçiciləri ikinci tur üçün səfərbərliyə çağırdı.
“Seçicilirimizi ikinci turda presedentsiz səfərbərliyə çağırmaq istəyirəm ki, ölkəmizin əsas şəhərlərindən biri olan, gürcü mədəniyyətinin mənbəsi olan və bir çox insanın vətəni olan Kutaisi milislərin, adamyeyənlərin və leşyeyənlərin əlinə keçməsin. İndi Kutaisidə edilə budur və yalnız bu yox”, – Tea Sulukiani bəyan etdi.
Elə onun dediyinə görə, hakim komanda üçün ikinci turda qələbə heç bir problem olmayacaq,
“Lakin sözsüz ki, boş oturmayacağıq və namizədlərimizlə birlikdə işləyəcəyik, lazim olduğu yerdə. Məsələn Rustavinin heç bir zaman olmadığı namizədini dəstəkləmək üçün. Heç kim inicməsin, gürcü siyasətində təəssüflər olsun nadir hala çevrilən qadın namizəd Nino Latsabidzeni dəstəkləmək üçün. Eləcə də Zuqdididə, Kutaisini də dedim. Biz işləyəcəyik. Hakim komanda üçün ikinci turda qələbə heç bir problem olmayacaq”, – Sulukiani bəyan etdi.