Tea Sulukiani - Saakaşvili ölkə daxilində kriminala çevrildi, ölkə xaricində isə, yarasaya bənzədi
Tea Sulukiani - Saakaşvili ölkə daxilində kriminala çevrildi, ölkə xaricində isə, yarasaya bənzədi

Saakaşvili ölkə daxilində kriminala çevrildi, ölkə xaricində isə, yarasaya bənzədi, – bu barədə Ədliyyə naziri, Tea Sulukiani Gürcüstanın keçmiş prezidenti, Mixail Saakaşvilinin bəyanatını dəyərləndirərkən qeyd etdi.

Onun dediyinə görə, hakim komanda üçün böyük əhəmiyyəti yoxdir Saakaşvili nə deyəcək.

“Böyük ümidim var ki, vaxt gələcək siz də Saakaşvili barəsində şərh tələb etməyəcəksiniz. Saakaşvili ölkə daxilində kriminala çevrildi, ölkə xaricində isə, yarasaya bənzədi. O, burada yenidən nələrəsə çalışır, bunun üçün onun siyasi resursu və şansı yoxdur. O, heç bir zaman islahatçı olmayıb. Bizim üçün böyük əhəmiyyəti yoxdur kriminal hansı bəyanatlar verəcək. Bizim öz gündəmimiz var və yüksək səviyyəli demokratik və şəffaf seçkilər üçün hazırlaşırıq”, – Sulukiani bəyan etdi.