Tea Sulukiani Qardabanidə Ədliyyə Evinin tikintisini gözdən keçirdi
Ən yaxın zamanda Ədliyyə Evinin 450 artıq servisindən Qardabani sakinləri də yararlana biləcəklər.
Baş nazir müavini, Ədliyyə naziri Tea Sulukiani Qardabanidə tikilmədə olan Ədliyyə Evinin filialını gözdən keçirdi və cari tikinti işləri ilə tanış oldu.
Nazir ilə birlikdə Ədliyyə Evinin tikintisini Kvemo Kartli qubernatoru Şota Rexviaşvili, Qardabani meri Ramaz Budağaşvili, Qardabaninin majoritar deputatı Saval Mirzəyev gözdən keçirdilər.
Ədliyyə Nazirliyində bəyan etdiklərinə görə, Qardabani fialialı Kvemo Kartlidə açılan dördüncü filial olacaq. Rustavi, Marneuli və Bolnisidə Ədliyyə Evi filialları artıq fəaliyyət göstərirlər.