Tea Sulukiani - müəyyən dəyişikliklər lazım olacaq ki, xoş niyyətlə şengen məkanına daxil olanlar viza rejimindən istifadə etsinlər
Gürcüstanın Ədliyyə naziri Avropa Komissiyasının Genişləndirmə və Qonşuluq Siyasətinin baş direktoratının rəhbəri müavini ilə görüşdü. Tea Sulukiani Simon Mordu ilə vizaliberallaşdırma prosesinin qorunub saxlanılması barəsində söhbət etdi. Bu barədə məlumatı Ədliyyə Nazirliyinin mətbuat xidməti yayır.
Nazirliyin məlumatına görə, nazir qeyd etdi ki, görüş, Avropa İttifaqı ilə vizasız rejimin qorunub saxlanılması baxımından əhəmiyyətli idi.
Tea Sulukianinin bəyan etdiyinə görə, Avropa İttifaqı ölkələri ilə vizasız gediş-gəlişin qorunub saxlanılması üçün, artıq qanunvericilik dəyişikliklərinin bir hissəsi həyata keçirildi.