Tea Sulukiani - Mirza Subeliani ilə bağlı yayılan yazılar barəsində sorğular dünən də aparılırdı və istintaq davam edir
Mirza Subeliani ilə bağlı yayılan lent yazılsı barəsində sorğular dünən də aparılırdı və istintaq davam edir, – bu barədə Ədliyyə naziri Tea Sulukiani jurnalistlərə bəyan etdi.
“Bu lent yazısı nə zaman, kim tərəfindən edildi, çıxarıldı, ümumiyyətlə həbsxana divarlarındamı edilib, avtentikdirmi, bu barədə dünən gördüyünüz kimi, Prokurorluq bəyanat yaydı. İstintaq üç gün bundan əvvəl başlayıb.
Yalnız onu deyə bilərəm ki, sorğular dünən də aparılırdı və istintaq davam edir. Prokurorluq şəffaflıq şəraitində istintaqın prosesi barəsində ictimaiyyətə məlumat verəcək”, – Tea Sulukiani bəyan etdi.
Bununla yanaşı, nazir, deputat Viktor Caparidzenin cəzaicrası müəssisəsinə daxil olması barəsində suala da cavab verdi.
“Gürcüstan Parlamentinin deputatı, hansı partiyanın nümayəndəsi olduğundan asılı olmayaraq, Parlamentin sədrinin icazəsi ilə, gedib istənilən məhbusu görə bilər. Bizim haqqımız yoxdur ki, onlara maneəçilik törədək”, – Sulukiani əlavə etdi.