Tea Sulukiani - mənim sistemimdə işləyən kişilərə qarşı sərt mövqem dəfələrlə olub, lakin bu işlər yayılmayıb
Papuna Uqrexelidzeyə, o cümlədən xoşa gəlməz bir neçə sualım var, – bu barədə Ədliyyə naziri Tea Sulukiani Papuna Uqrexelidze barəsində verilən suala cavab olaraq bəyan etdi.
Tea Sulukianinin bəyan etdiyinə görə, Papuna Uqrexelidzenin işi üzrə məhkəmə mübahisəsi gedir və burada da Uqrexelidzenin özü cavabvericidir.
“Mənim mövqeyim bu məsələ barəsində sadədir. Bu cür mövzu barəsində birtərəfli mövqenin yayılması, birtərəfli süjtlərin hazırlanması düzgün deyil. Bu mənim mövqeyim ola bilməz. Biz qadınların bir məqsədi var ki, Gürcüstanda qadınların hüquqlarını tədbiq edək. Bu çətin mübarizədir, bu mübarizədə həmrəylik lazımdır. Papuna Uqrexelidze hazırda ezamiyyətdədir. Onun işi üzrə məhkəmə mübahisəsi gedir və burada da Uqrexelidzenin özü cavabvericidir”, – Tea Sulukiani bəyan etdi.
Suala ki, Xalq Müdafiəçisi tərəfindən nəticə hazırlana qədər niyə suallar verilmədi Tsulukiani bəyan etdi ki, onun sistemində işləyən kişilərə qarşı sərt mövqeyi dəfələrlə olub, lakin bu işlər yayılmayıb.