Tea Sulukiani - Karl Hartseli Gürcüstan Parlamentidə qəbulunu çox istərdim ki, mənimlə bağlı onun bu günki bəyanatını müzakirə edəydik
Gürcüstan Parlamentinin Təhsil Komitəsini sədri, Tea Sulukiani Avropa İttifaqının Gürcüstandakı səfiri, Karl Hartselin bəyanatına əks səda verir.
“Karl Hartseli Gürcüstan Parlamentidə qəbulunu çox istərdim ki, mənimlə bağlı onun bu günki bəyanatını müzakirə edəydik”, – Sulukiani sosial şəbəkədə yazır.
Avropa İttifaqının Gürcüstandakı səfiri, Karl Hartsel bu gün bəyan etdi ki, telefon nömrəsinin səsləndirilməsi xoşagəlməz sürpriz idi, lakin bunu o, mühakimə edə bilməz.
“Çox diqqətli olacam, lakin açıqca deyəcəm ki, bunu dünən dinləyəndə, çox xoşagəlməz sürpriz idi. Hamımızın bilyimiz kimi, şəxsi məlumatın səsləndirilməməsi fundamental hüquqdur. Bu etik deyil və mən bunu mühakimə edə bilmərəm. Bildiyim qədər, Dövlət Müfəttişliyi bu hadisəni öyrənir. Beləliklə, görək onların dəyərləndirməsi nə olacaq”, – Hartsel bəyan etdi.