Tea Sulukiani - Gürcüstan vətəndaşlarına müraciət edirəm ki, bu tarixi nailiyyəti, Avropa ilə vizasız rejim adlanan nailiyyəti itirməyək
Tea Sulukiani - Gürcüstan vətəndaşlarına müraciət edirəm ki, bu tarixi nailiyyəti, Avropa ilə vizasız rejim adlanan nailiyyəti itirməyək

Təəssüflər olsun ki, ölkəmizin bir çox vətəndaşı, şengen məkanında Gürcüstan vətəndaşları üçün vizasız hərəkət etmə rejimi adlanan nailiyyətdən vicdanla istifadə etmir, – Ədliyyə naziri, Tea Sulukiani Almaniyadan Gürcüstanın 19 vətəndaşının geri qaytarılmasına bu cür əks səda verir.

Nazirin gümnan etdiyinə görə, onlar sərhədçiləri inandıra bilmədilər ki, şengen zonasına vicdanlı məqsədlə daxil olurdular.

“Güman edə bilərəm ki, geri qaytarılmış şəxslər alman, və ya başqa avropalı sərhədçini inandıra bilmədilər ki, onlar şengen zonasına vicdanlı məqsədlə daxil olurlular”, – Sulukiani bəyan etdi.

Nazir gürcüstan vətəndaşlarına bir daha müraciət edir ki, ölkənin ən böyük nailiyyəti, Avropa ilə vizaliberallaşdırmaya diqqət etsinlər.

“Gürcüstan vətəndaşlarına bir daha müraciət etmək istəyirəm ki, bu tarixi nailiyyəti, Avropa ilə vizasız rejim adlanan nailiyyəti itirməyək. Ona diqqət edək, çünki bu cür nailiyyət bir çox nəslin əməyinin nəticəsidir. Mən bunu əvvələr də demişəm və mənim üçün anlaşılmaz olan tənqidə də səbəb oldum. Lakin bu günki hadisə də mənim dediklərimə sübutdur. Həmçinin Almaniyanın federal hakimiyyətlərindən biri bəyanat verid ki, Gürcüstan vətəndaşları düzgün davrasnmırlar və mümkündür ki, müəyyən ölçülərin qəbul edilməsini tələb edələr. Buna görə də qanuna diqqət yetirək və müdafiə edək”, – Tea Sulukiani qeyd etdi.