Tea Sulukiani - Gürcüstan adı ilə Qış Olimpiya Oyunlarında üç idman növü üzrə doqquz idmançının iştirak etməsi gürcü idmanının böyük qələbəsidir
Tea Sulukiani - Gürcüstan adı ilə Qış Olimpiya Oyunlarında üç idman növü üzrə doqquz idmançının iştirak etməsi gürcü idmanının böyük qələbəsidir

Gürcüstan adı ilə Qış Olimpiya Oyunlarında üç idman növü üzrə doqquz idmançının iştirak etməsi gürcü idmanının böyük qələbəsidir, – bu barədə Gürcüstanın Mədəniyyət, İdman və Gənclərlərlə iş üzrə naziri Tea Sulukiani sosial şəbəkədə yazır.

Tea Sulukiani ölkəmiz adından yarışacaq idmançılara uğurlar arzulayır.

“Gürcüstan idman həvəskarlarını XXIV Qış Olimpiya Oyunlarının başlamasını təbrik edirəm!

Bu gündən bütün Gürcüstan Qış Olimpiya Oyunlarında Gürcüstan adından yarışacaq doqquz idmançıya pərəstişkarlıq edir.

Gürcüstan adı ilə Qış Olimpiya Oyunlarında üç idman növü üzrə doqquz idmançının iştirak etməsi gürcü idmanının böyük qələbəsidir.

İdmançılarımıza uğurlu yarış arzulayıram və ümid edirəm ki, nail olunan nəticələri daha da yaxşılaşdıracaqlar”, – Sulukiani yazır.