Tea Sulukiani bəyan edir ki, müxalifət və hakim komanda arasında görüşdə çoxmandatlı sistem üzrə razılığa nail ola bilmədilər
Müxalifət və hakim komanda arasında danşıqların üçüncü raundu nəticəsiz başa çatdı. Bu barədə Gürcüstan Ədliyyə naziri, Tea Sulukiani görüşdən sonra bəyan etdi.
Onun dediyinə görə, görüşdə çoxmandatlı sistem barəsində söhbət etdilər. Qeyd olunan sistem dünyada çox az ölkədədir. Sulukianinin açıqlamasına görə, bu ölkələr Əfqanıstan və İraqdır.
Sulukianinin bəyan etdiyinə görə, Gürcüstanda çoxmandatlı seçki dairələri qəbul olunmazdır.