Tea Axvlediani Türkiyənin xarici işlər nazirinin müavini ilə görüş keçirib
Tea Axvlediani Türkiyənin xarici işlər nazirinin müavini ilə görüş keçirib

 

Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri Tea Axvlediani Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Berris Ekinci ilə görüş keçirib.

Dövlət naziri diplomatı Dövlət Naziri Aparatının mandatı, prioritetləri və məqsədləri ilə tanış edib. Tea Axvlediani barışıq və iştirak, eləcə də vətəndaş bərabərliyi və inteqrasiya siyasəti istiqamətində aparatın fəaliyyətini nəzərdən keçirib və Gürcüstan hakimiyyətinin etimadın bərpası və sülh quruculuğu, eləcə də etnik azlıqlara dəstək və mədəniyyətlərarası dialoqun gücləndirilməsi baxımından göstərdiyi səydən danışıb.

Öz növbəsində, qonaqlar hərtərəfli məlumat verdiyinə görə dövlət nazirinə minnətdarlıqlarını bildiriblər.

Regionun dinc və sabit inkişafı üçün Gürcüstan və Türkiyə arasında mövcud strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşdə hər iki tərəfin nümayəndə heyəti ilə birlikdə, Türkiyə Respublikasının Gürcüstandakı səfiri Ali Orbay və Gürcüstanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Arçil Kalandia iştirak edirdilər.