Tea Axvlediani Roma Papasının dünyasını dəyişməsi ilə əlaqədar Vatikanın Gürcüstandakı səfirliyində açılan başsağlığı kitabına ürək sözlərini yazıb
Tea Axvlediani Roma Papasının dünyasını dəyişməsi ilə əlaqədar Vatikanın Gürcüstandakı səfirliyində açılan başsağlığı kitabına ürək sözlərini yazıb

 

Dövlət naziri Tea Axvlediani Roma Papasının dünyasını dəyişməsi ilə əlaqədar Vatikanın Gürcüstandakı səfirliyində açılan başsağlığı kitabına ürək sözlərini yazıb.

Məlumatı Dövlət Naziri Aparatı yayır.

Məlumatda deyildiyi kimi, Tea Axvlediani Vatikanın Gürcüstandakı səfiri Ante İoziçə başsağlığı verib və Roma Papası Fransiskin dünyasını dəyişməsi ilə bağlı dərin hüznünü ifadə edib.

Roma Papası Fransisk 88 yaşında dünyasını dəyişib. Onu aprelin 26-da Vatikanda dəfn edəcəklər.