Tea Axvlediani işğal olunmuş Abxaziya bölgəsindən qalıqları gətirilən, 1990-cı illərin silahlı münaqişələri zamanı itkin düşmüş şəxslərin mülki yas mərasimində iştirak edib
Dövlət naziri Tea Axvlediani işğal olunmuş Abxaziya bölgəsindən qalıqları gətirilən, 1990-cı illərin silahlı münaqişələri zamanı itkin düşmüş şəxslərin mülki yas mərasimində iştirak edib. Məlumatı Dövlət Naziri Aparatı yayır.
“Dövlət Naziri Aparatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin birgə əməkdaşlığı ilə gürcü və abxaz iştirakçılardan ibarət koordinasiya mexanizmi çərçivəsində, bu dəfə itkin düşmüş altı nəfərin şəxsiyyəti müəyyən edilərək ailələrinə qaytarılıb. Onlardan beşi hərbçi, biri isə mülki şəxsdir.
Silahlı münaqişələr zamanı həlak olanların mülki yas mərasimi ikinci gündür Sameba Kafedral Məbədində davam edir. İki döyüşçü Diğomi Qardaşlıq Qəbiristanlığında, digərləri isə ailələrin qərarına əsasən, müxtəlif yerlərdə, o cümlədən ailə qəbiristanlıqlarında hərbi ehtiramla dəfn ediləcək.
1990-cı illərin silahlı münaqişələri və 2008-ci ilin avqust müharibəsində itkin düşənlərin axtarışı mexanizmləri çərçivəsində aktiv iş mərhələsi 2013-cü ildən başlayıb. Bu günə qədər mexanizmlər çərçivəsində 623 nəfərin qalıqları tapılıb, onlardan 323-ünün şəxsiyyəti müəyyən edilib. Hələ də 2000-ə yaxın insan itkin düşmüş hesab olunur” – Dövlət Naziri Aparatının məlumatında qeyd edilir.