Tea Axvlediani Çinə səfər edib
Tea Axvlediani Çinə səfər edib

 

Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani Çin Xalq Respublikasına səfər edib.

Dövlət Naziri Aparatının məlumatına əsasən, Tea Axvlediani Çin Xalq Respublikasının Etnik Məsələlər üzrə Milli Komissiyasının dəvəti ilə Çinə səfər edib, bu da iki ölkə arasında münasibətlərin gələcək inkişaf məqsədlərinə xidmət edir.

“Səfər çərçivəsində dövlət naziri Çin Xalq Respublikasının Etnik Məsələlər üzrə Milli Komissiyasının naziri Çen Ruifenq, Çin Xalq Milli Konqresinin Etnik Məsələlər Komitəsinin sədri Bein Çaolu, Minzu Universiteti və Milli Etnik Mədəniyyətlər Muzeyinin rəhbər şəxsləri ilə görüşlər keçirib. Görüşlər zamanı iki ölkə üçün aktual yanaşmalar və prinsiplər nəzərə alınmaqla, tərəflər gələcək prioritetlər barədə fikir mübadiləsi aparıblar və gələcək əməkdaşlığın inkişafı üçün mümkün yolları müzakirə ediblər.

Görüşlərdə Gürcüstanın Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Paata Kalandadze iştirak edirdi.

Çin Xalq Respublikasının Etnik Məsələlər üzrə Milli Komissiyasının nümayəndə heyəti 2023-cü ildə vətəndaş bərabərliyi və inteqrasiyası siyasətinin məqsəd və vəzifələri ilə tanış olmaq üçün Gürcüstana səfər edib” – Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatının məlumatında qeyd olunub.