Tea Axvlediani BMT-nin Uşaq Fondunun Gürcüstandakı yeni nümayəndəsi ilə görüşüb
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani BMT-nin Uşaq Fondunun Gürcüstandakı yeni nümayəndəsi İzabela Kastrocovani ilə tanışlıq görüşü keçirib.
Dövlət naziri qonağa barışıq və iştirak siyasətinin həyata keçirilməsi prosesində əldə olunmuş tərəqqi və gələcək baxışlar barədə məlumat verib, bu da münaqişə nəticəsində zərər çəkmiş əhalinin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılmasını və süni şəkildə bölünmüş cəmiyyət arasında ümumi maraqlara əsaslanan dialoqun və etimadın bərpasının dərinləşdirilməsini hədəfləyir.
Görüşdə işğal olunmuş regionlarda insan hüquqları və humanitar baxımdan mövcud olan ağır vəziyyət müzakirə edilib. Öz növbəsində, yeni nümayəndə İzabela Kastrocovani Dövlət Nazirinin Aparatının fəaliyyətinə dəstəyini ifadə edib və gələcək əməkdaşlığa tam hazır olduğunu bildirib.
Məlumatı Dövlət Nazirinin mətbuat xidməti yayır.