Tea Axvlediani BMT-nin Gürcüstanda Qadınlar Təşkilatının rəhbəri Kaori İşikava ilə görüşüb
Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə Gürcüstanın dövlət naziri Tea Axvlediani BMT-nin Gürcüstanda Qadınlar Təşkilatının (UN-WOMEN) rəhbəri Kaori İşikava ilə görüş keçirib. Məlumatı Dövlət Nazirinin Aparatı yayır.
Onların məlumatına əsasən, dövlət naziri BMT-nin Qadınlar Təşkilatının münaqişə nəticəsində zərər çəkmiş və etnik azlıqların nümayəndəsi olan qadınlarını dəstəklənməsi və gücləndirilməsi istiqamətində mühüm rolunu vurğulayıb və bu prosesə verdiyi töhfəyə görə təşkilatın rəhbərinə təşəkkür edib.
Həmçinin, tərəflər sülh prosesində qadınların iştirakının artırılması və gücləndirilməsi, eləcə də münaqişə nəticəsində zərər çəkmiş qadınları daha da dəstəkləmək imkanlarını müzakirə ediblər.
BMT-nin Gürcüstanda Qadınlar Təşkilatının rəhbəri bir daha Dövlət Naziri Aparatının fəaliyyətinə dəstəyini təsdiqləyib və bu və digər məsələlər üzrə gələcək əməkdaşlığa tam hazır olduğunu bildirib.