Tea Axvlediani Bakı Dialoqu çərçivəsində planlaşdırılan beynəlxalq konfransda iştirak edəcək
Dövlət naziri Tea Axvlediani Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədrinin dəvəti ilə oktyabrın 9-da keçiriləcək “İtkin düşmüş şəxslərlə bağlı məsələlərin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi” mövzusunda Bakı Dialoqu çərçivəsində planlaşdırılan beynəlxalq konfransda iştirak edəcək.
Dövlət naziri Tea Axvlediani Bakıda keçiriləcək beynəlxalq konfransın açılış sessiyasında çıxış edəcək.
Qurumun məlumatına əsasən, konfransın məqsədi itkin düşmüş şəxslərin axtarışı istiqamətində beynəlxalq səylərin daha da gücləndirilməsinə xidmət edir, bu isə məsələnin müxtəlif aspektlərdə müzakirəsini, məlumat mübadiləsi və beynəlxalq təcrübənin paylaşılmasını nəzərdə tutur.