Tea Axvlediani Azərbaycanda akkreditə olunmuş BMT təşkilatlarının rəhbərləri və digər beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb
Tea Axvlediani Azərbaycanda akkreditə olunmuş BMT təşkilatlarının rəhbərləri və digər beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb

Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Tea Axvlediani Azərbaycanda akkreditə olunmuş BMT təşkilatlarının rəhbərləri və digər beynəlxalq təşkilatların nümayəndələri ilə görüş keçirib.

Görüşdə tərəflər əməkdaşlığın strateji prioritetlərini və gələcək baxışları müzakirə ediblər. Eyni zamanda, beynəlxalq təşkilatların nümayəndələri Abxaziya bölgəsində həyata keçirilmiş və davam edən layihələr, həmçinin gələcək təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Dövlət naziri barış və iştirak siyasətinin həyata keçirilməsi ilə bağlı baxış və məqsədlərə diqqət çəkib. Bu siyasət, bir tərəfdən, münaqişədən zərər çəkmiş əhalinin qayğısına qalmaq və onların sosial-iqtisadi şəraitini yaxşılaşdırmaq, digər tərəfdən isə süni şəkildə parçalanmış cəmiyyətlər arasında dialoqun, etimadın bərpası və ümumi maraqlara əsaslanan əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.

Tərəflər sıx əməkdaşlığın davam etdirilməsi və daha da gücləndirilməsi barədə razılığa gəliblər.

Məlumatı Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin Aparatı yayıb.