Tea Axvlediani Avropa Ittifaqı səfiri, Karl Hartsel ilə görüşdü

15:56, 13.01.2022

Bariş və Mülki Bərabərlik məsələləri üzrə Gürcüstan dövlət naziri, Avropa Ittifaqı səfiri, Karl Hartsel ilə işçi görüş keçirdi.

Nazir aparatının məlumatına görə, görüş zamanı tərəflər Gürcüstan hökumətinin sülh siyasətinin gücləndirilməsinə dair strateji baxış prosesinin gedişi, xüsusilə də barışıq və qoşulma istiqamətləri və gələcək üçün nəzərdə tutulan addımları müzakirə etdilər, bu barədə də nazir səfirə təfərrüatlı məlumat çatdırdı.

“Söhbət zamanı həmçinin Avropa İttifaqının Gürcüstanın işğal olunmuş rayonlarında fəal iştirakının rolu və müharibədən zərər çəkmiş icitmaiyyət arasında etimadın bərpasına və münaqişədən zərər çəkmiş əhaliyə dəstək verməyə yönəlmiş cari  və gələcək layihələrin həyata keçirilməsinin vacibliyi müzakirə olundu. Tea Axvlediani Avropa İttifaqının Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə göstərdiyi dəstəyə və tanınmamaq siyasətini qətiyyətlə həyata keçirdiyinə görə, Karl Hartzelə minnətdarlığını ifadə etdi. Görüş işçi nahar formatında keçirildi. Görüşün sonunda tərəflər gələcək əməkdaşlıq və atılacaq addımlar barədə razılığa gəldilər”, – məlumatda deyilir.

Oxşar