"Tbilservice Group" vətəndaşları tikinti və məişət tullantılarını şəhərin ətrafına qanunsuz olaraq atmamağa çağırır
Qldani rayonunda tikinti/inert tullantılarının atılması müəssisəsinə bitişik ərazi təmizlənib. Bu haqda məlumatı “Tbilservice Group” yayır.
Onların məlumatına əsasən, yolun hər iki tərəfini xüsusi texnika ilə məişət və tikinti tullantılarından təmizləyiblər.
Qurumda dedikləri kimi, qanunsuz olaraq tullantıların atılmasının qarşısını almaq üçün əraziyə nəzarət ediləcək.
“Tbilservice Group”un direktoru Qiorqi Papava təmizlik işləri ilə yerində tanış olub.
“Tikinti tullantılarının şəhərin ətrafına, küçələrə atılması qadağandır. Qeyd olunan hərəkət inzibati xətadır, bu isə cəriməni nəzərdə tutur. Gündəlik olaraq əhalini, özəl şirkətləri qanunu pozmamağa çağırırıq və bu şəhərin təmizliyinə birlikdə qayğı göstərək. Şirkətimiz fiziki və hüquqi şəxslərə bir neçə növ xidmət təklif edir. Əhali üçün olduqca güzəştli rüsumlar mövcuddur, 9 laridən başlayır. Biz qeyri-məişət tullantılarını, təmir tullantılarını, köhnə mebelləri və əşyaları ərazidən çox ucuz qiymətə çıxara bilərik” – Qiorqi Papava qeyd edib.