“Tbilservice Group” bəyanat yayır

16:37, 03.11.2026

 

Sosial şəbəkələrdə və mediada məişət tullantıları ilə dolub-daşan zibil qutularının foto-materialı yayılır, buna da “Tbilservice Group”un tullantı daşıyan avtomobillərinin hərəkət qrafikinin dəyişdirilməsi səbəb olub – bu barədə Tbilisi Meriyasının bəyanatında deyilir.

Onların verdiyi məlumata əsasən, bu, birgünlük sınaq rejimi olub və vətəndaşların pik saatlarda tullantı daşıyan avtomobillərin hərəkətindən narahatlıqlarını ifadə etdiyi paytaxtın meriyasının qaynar xətti vasitəsilə daxil olan çoxlu sayda zənglə bağlı olub.

“Məhz əhalinin tələbini nəzərə alaraq, tıxacların qarşısını almaq məqsədilə dünən bütün gün ərzində tullantıların boşaldılması sınaq qrafiki ilə həyata keçirilib.

Qeyd olunan dəyişiklik nəticəsində qrafikin dəyişikliyinin real effektivliyi qiymətləndirildi və “Tbilservice Group” tullantıların boşaldılması prosesini yenidən köhnə qrafiklə davam etdirəcək.

Sınaq bir daha göstərdi ki, təəssüf ki, Tbilisinin əhalisi tullantıları axşam saatlarında deyil, səhər saatlarında atır, bu da günün birinci yarısında zibil qutularının dolub-daşmasına səbəb olur.

Xatırladaq ki, paytaxt miqyasında tullantı qutularının boşaldılması gündəlik rejimdə, müvafiq rayon və məhəllələrə uyğun olaraq gündə üç dəfə həyata keçirilir. Bundan başqa, proses xüsusi dolama marşrutlarla davamlı olaraq nəzarətdə saxlanılır.

Əhalini bir daha məişət tullantılarını axşam saatlarında çıxarmağa çağırırıq, bu da günün birinci yarısında qutuların dolub-daşmasının və pik saatlarda tullantı daşıyan avtomobillərin hərəkət etməsinin qarşısını alacaq” – bəyanatda deyilir.

Oxşar