“Tbilisoba” tədbirlərinə hazırlıq işləri və tədbirin keçirilməsi dövründə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Paytaxtda “Tbilisoba” tədbirləri ilə əlaqədar, eləcə də tədbirlərin hazırlıq işlərinə görə, müəyyən hissələrdə avtomobil və ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə məlumatı Tbilisi Meriyası yayır.
Meriyanın məlumatına əsasən, cari ilin sentyabrın 11-i saat 14:00-dan sentyabrın 14-ü saat 23:30-dək Qriqol Orbeliani meydanı və Prezident Administrasiyasının ətraf ərazisi – Qiorqi Atoneli küçəsindən Vaxtanq Orbeliani döngəsi №13-ə qədər qismən məhdudlaşdırılacaq.
“Sentyabrın 15-i saat 00:15-dən sentyabrın 23-ü saat 23:00-dək Quru Körpünün ətraf ərazisində, İtaliya küçəsi, Qriqol Orbeliani meydanının ətraf ərazisində və Prezident Administrasiyasının ətraf ərazisində – Qiorqi Atoneli küçəsindən Vaxtanq Orbeliani döngəsi №13-ə qədər hərəkət tam məhdudlaşdırılacaq.
Məhdudiyyət dövründə Zaarbriuken meydanından Quru Körpü istiqamətində hərəkət edən avtomobillər Mtkvarinin sağ sahilindən istifadə etməklə hərəkət edə biləcəklər. Mtkvarinin sağ sahilindən Rustaveli prospekti istiqamətində getmək isə Virsaladze və Canturia küçələrindən istifadə etməklə mümkün olacaq.
Sentyabrın 18-i saat 23:00-dan sentyabrın 23-ü saat 08:00-dək Abano küçəsinin ətraf ərazisində – Abano küçəsindən İoseb Qrişaşvili küçəsi istiqamətində hərəkət məhdudlaşdırılacaq, bu zaman İoseb Qrişaşvili küçəsinə Pirdousi, Mirzə Fətəli Axundov və İbrahim İsfahanlı küçələrindən istifadə etməklə getmək mümkün olacaq.
Sentyabrın 17-si saat 00:15-dən sentyabrın 23-ü saat 23:00-dək Metexi körpüsü və Avropa meydanında, həmçinin Qorqasali meydanından Metexi körpüsü istiqamətində, Metexi yoxuşundan Avropa meydanı istiqamətində, Mtkvarinin sol sahilindən Avropa meydanı istiqamətində çıxan pandusda hərəkət məhdudlaşdırılacaq.
Bu zaman Qorqasali küçəsindən Mtkvarinin sağ sahilinə gedən avtomobillər həm sahil istiqamətində, həm də Qorqasali meydanından Kote Apxazi və Tumaniani küçəsindən Vaxtanq Qorqasali küçəsi istiqamətində hərəkəti davam etdirəcəklər.
Həmçinin, Abano küçəsindən İoseb Qrişaşvili küçəsi istiqamətində hərəkət məhdudlaşdırılacaq. Bu zaman İoseb Qrişaşvili küçəsinə Pirdousi, Mirzə Fətəli Axundov və İbrahim İsfahanlı küçələrindən istifadə etməklə getmək mümkün olacaq.
Qeyd olunan dövrdə ictimai nəqliyyatın marşrutlarında dəyişiklik ediləcək. Xüsusilə, Quru Körpünün məhdudlaşdırılması zamanı Barataşvili küçəsi istiqamətində gedən N320 və N323 avtobusların marşrutları, Zaarbriuken meydanından hərəkəti davam etdirəcəklər – Lev Tolstoy küçəsi istiqamətində və Barataşvili küçəsinə Kosta Xetaqurov, Noe Jordania sahili və Barataşvili körpüsündən keçməklə qoşulacaqlar. Əks istiqamətdə, Barataşvili küçəsi və Barataşvili körpüsündən istifadə etməklə, Noe Jordania adına sahil yolu vasitəsilə Kosta Xetaqurov və Cavaxişvili küçələrinə qoşulacaqlar.
Sonra avtobusun №320 marşrutu Qoqiberidze küçəsindən keçməklə Zaarbriuken meydanına gedəcək və müəyyən edilmiş sxem üzrə hərəkət edəcək, №323 marşrutu isə Çikobava küçəsi istiqamətində hərəkəti davam etdirəcək və müəyyən edilmiş sxem üzrə hərəkət edəcək” – meriya tərəfindən yayılmış məlumatda deyilir.