"Tbilisoba" tədbirləri ilə əlaqədar yolların müəyyən hissələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
“Tbilisoba”ya həsr olunmuş tədbirlərə hazırlıq işləri və tədbirlərin keçirilməsi dövründə, sentyabrın 19-u saat 12:00-dan sentyabrın 22-si saat 12:00-dək Kosta Xetaqurov küçəsində avtomobillərin və ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Məlumatı Tbilisi Meriyası yayır.
Onların məlumatına əsasən, məhdudiyyət “Wissol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı ərazidən Kosta Xetaqurov və Quram Sağaradzə küçələrinin kəsişməsinə qədər olan yol hissəsinə şamil olunacaq.
“Qeyd olunan dövrdə, Noe-Jordania adına sahildən Nikoloz Barataşvili körpüsünə doğru və əks istiqamətdə, avtonəqliyyat vasitələrinin hərəkəti mövcud vəziyyətə uyğun olaraq, dəyişməz qalacaq. Bununla yanaşı, Şota Qamtsemlidze küçəsindən Kosta Xetaqurov küçəsi istiqamətində hərəkət tam şəkildə məhdudlaşdırılacaq, bu zaman Nino Çxeidze küçəsindən istifadə etməklə hərəkət mümkün olacaq.
İctimai nəqliyyata gəlincə, avtobuslar: N323, N333, N359, N395 və mikroavtobuslar: N462, N522 və N536 Cavaxişvili küçəsindən Barataşvili küçəsi istiqamətində Noe Jordania adına sahildən keçməklə hərəkət edəcəklər, bundan sonra da Barataşvili körpüsü ilə Barataşvili küçəsinə qoşulacaqlar. Əks istiqamətdə analoji şəkildə Noe Jordania adına sahildən istifadə edəcəklər və Cavaxişvili küçəsinə qoşulacaqlar, bundan sonra da müəyyən edilmiş sxem üzrə hərəkət edəcəklər. Tbilisi Meriyası yaranmış narahatlığa görə üzr istəyir” – Tbilisi Meriyasının məlumatında deyilir.